Andres İnyesta ərəb klubunda

İspaniya millisi və "Barselona"nın sabiq yarımmüdafiəçisi Andres İnyesta futbolçu karyerasını davam etdirəcək.

Sportline.az insayder Fabrisio Romanoya istinadla xəbər verir ki, 39 yaşlı ispaniyalı Birləşmiş Ərəb Əmirliklərinin "Emireyts" klubu ilə anlaşıb.

Bu gün tərəflərin müqavilə bağlayacağı bildirilir.

2024-cü ilədək bağlanılacaq müqavilənin daha bir il uzadılması nəzərdə tutulur. 

Qeyd edək ki, 2002-2018-ci illərdə "Barselona"nın formasını geyinən İnyesta son 5 mövsümü Yaponiyanın "Vissel Kobe" klubunda keçirib.