Ançelotti Arda Gülərin son durumundan danışdı

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti yarımmüdafiəçi Arda Gülərin zədədən sonra vəziyyəti ilə bağlı danışıb.

Sportline.az xəbər verir ki, daha əvvəl 18 yaşlı türkiyəli yarımmüdafiəçinin Madrid klubu ilə məşqdə zədələndiyi bildirilirdi. Yarımmüdafiəçi ABŞ-da Madrid turunda iştirakını vaxtından əvvəl başa vurub. Yaxın vaxtlarda o, Madridə qayıdacaq və müalicəyə başlayacaq.

“Gülərin zədəsi o qədər də ciddi deyil. Düşünürəm ki, Arda maksimum bir ay xəstəxanada yatacaq” - deyə Ançelotti mətbuat konfransında deyib.