"Ankaragücü" baş məşqçi ilə yolları ayıra bilər
"Ankaragücü" klubu baş məşqçi ilə yolları ayıra bilər.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Ankara təmsilçisi təcrübəli mütəxəsis Emre Belözoğluna son bir şans verəcək.
Belə ki, Emre Belözoğlunun komandası "Başakşəhər"lə görüşdə qalib gəlməyəcəyi təqdirdə baş məşqçi istefaya göndəriləcək.
Qeyd edək ki, Emre Belözoğlu daha öncə "Başakşəhər" və "Fənərbağça" klublarını çalışdırıb.