Ansu Fati "Barselona" ilə ayrılmağa hazırlaşır
"Barselona"nın vingeri Ansu Fati başqa komandaya keçəcəyini istisna etməyib.
Sportline.az xəbər verir ki, əvvəllər 20 yaşlı futbolçu startda qalıb yer uğrunda mübarizə aparmaq istəyirdisə, indi fikrini dəyişib. Bu yaxınlarda onunla "Əl-Hilal" və PSJ-nin də maraqlandığı barədə məlumat yayılmışdı.
20 yaşlı Fati 2012-ci ildən "Barselona"da fəaliyyət göstərir. Onun hazırkı müqaviləsi 2027-ci ilə qədərdir.
2022/23 mövsümündə futbolçu La Liqada 36 matçda iştirak edib, 7 qol vurub və 4 məhsuldar ötürmə verib.