"Antalyaspor"un transfer xəbəri yalan çıxdı

"Antalyaspor"un idman direktoru Aytaç Altay rusiyalı yarımmüdafiəçi Alan Dzaqoyevin mümkün transferi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Sportline.az xəbər verir ki, daha əvvəl 33 yaşlı futbolçunun Türkiyə klubuna keçməyə yaxın olduğu bildirildi.

“Xeyr, bu yanlış məlumatdır. Biz bu futbolçu ilə qətiyyən maraqlanmırıq” - deyə Altay bildirib.

Dzaqoyevin son klubu iyunda müqaviləsinin başa çatması ilə əlaqədar tərk etdiyi "Rubin" olub. Həmçinin yarımmüdafiəçi Rusiya millisində 59 oyun keçirib və 9 qol vurub.