Antonio Konte: "Kvaratsxeliya "Napoli"də qalacaq"

"Napoli"nin yeni baş məşqçisi Antonio Konte komandanın ulduz futbolçusu Xviça Kvaratsxeliya ilə bağlı açıqlamalar verib.

Sportline.az jurnalist Fabritsio Romanoya istinadla xəbər verir ki, italiyalı mütəxəssis müsahibəsində " Kvaratsxeliya "Napoli" üçün oynamağa davam edəcək.Buna heç bir şübhə yoxdur. Hər şey açıq-aydındır.Kvara bizimlədir" fikirlərini səsləndirib.

Qeyd edək ki, gürcüstanlı futbolçu ilə PSJ klubu ciddi şəkildə maraqlanırdı.