Araz Abdullayev qələbəyə sevindi

Türkiyə I liqasında XII turun oyunları davam edir.

Sportline.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Araz Abdullayevin çıxış etdiyi "Boluspor” doğma meydanda "Altay"la qarşılaşıb.

Oyun  meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə nəticələnib.

Araz da bu görüşün iştirakçısı olub. O, 67-ci dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, hazırda 10 xalı olan "Boluspor” 18 komanda arasında 16-cı yerdədir.