“Araz-Naxçıvan” belçikalı futbolçu transfer edib

“Araz-Naxçıvan” daha bir əcnəbi futbolçunu transfer edib.

Klubdan Sportline.az-a verilən məlumata görə, belçikalı hücumçu İsmail Azzaui Premyer Liqa təmsilçisi ilə anlaşıb.

Mərakeşəsilli vinger müxtəlif illərdə “Anderlext” (Belçika) və “Tottenhem”in (İngiltərə) U-18 komandasında, eləcə də, “Volfsburq” (Almaniya), “Villem II” (Niderland) və “Herakles” (Niderland) klublarında çıxış edib.

İsmail Azzaui son olaraq 2020-2023-cü illərdə “Herakles”in uğurları üçün çalışıb.