"Araz Naxçıvan"da portuqaliyalı futbolçu

Premyer Liqanın debütantı “Araz-Naxçıvan” transfer çalışmalarını davam etdirir.

Sportline.az xəbər verir ki, hazırlıqlarını Bakıda keçən komanda bir əcnəbi oyunçu heyətinə qatıb.

Bu, portuqaliyalı Nuno Migel Rodrigesdi. Artıq Bakıya gələn 29 yaşlı oyunçu tibbi müayinədən keçib və yeni komandası ilə  1 illik müqavilə bağlayıb.

Onun son komandası Portuqaliyanın II liqa təmsilçisi “Kovilya” olub.

Qeyd edək ki, sağ vinger mövqeyində çıxış edən Nuno Migel Rodriges karyerası ərzində “Oliveira do Hospital”, “Pedras Salqadas”, “Qafanya”, “Lusitano Vildemoinyos”, “Mafra”, “Aruka” və “Vilafrankense”də çıxış edib.