"Araz Naxçıvan"ın ev oyunlarını bu arenada keçirəcəyi dəqiqləşdi

Premyer Liqada mübarizə aparacaq “Araz-Naxçıvan”ın ev oyunlarını keçirəcəyi məkan dəqiqləşib. 

Sportline.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib.

Naxçıvan Muxtar Respublika stadionunda aparılacaq təmir işləri ilə əlaqədar komanda rəqiblərini oktyabr ayına qədər müvəqqəti olaraq Mərdəkandakı “Dalğa Arena”da qəbul edəcək.

Qeyd edək ki, 2011-cu ildə istifadəyə verilən arenanın tutumu 6700 nəfərlik, meydanın örtüyü isə təbiidir.