"Araz - Naxçıvan"ın futbolçusu "Kəpəz"də

"Kəpəz" klubu "Araz-Naxçıvan"ın futbolçusu Nicat Süleymanovu heyətinə qatıb.

Sportline.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi 2024/2025 mövsümündə Gəncə təmsilçisinin şərəfini qoruyacaq.

"Sarı-göylər" Nicat Süleymanovla 1 illik müqavilə bağlayacaq.

Qeyd edək ki, transfer yaxın günlərdə klub tərəfindən rəsmən açıqlanacaq.