"Araz Naxçıvan" baş məşqçi ilə müqavilə bağlayıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında yarışacaq “Araz-Naxçıvan” baş məşqçisi Azər Bağırovun müqaviləsinin müddətini uzadıb.

Sportline.az xəbər verir ki, mütəxəssis daha bir il Naxçıvan təmsilçisinə rəhbərlik edəcək.

"Araz-Naxçıvan"da məşqçilər korpusu da dəqiqləşib.

Rail Məlikov köməkçi, Miloş Yevtiç fiziki hazırlıq, Araz Bağırov analitik, Əfran İsmayılov seleksiya, Ramiz Kərimov qapıçılarla işləyən məşqçi vəzifəsini yerinə yetirəcək.

Onlarla bir illik müqavilə bağlanılıb.

Banner