Arda Gülər rəsmən "Real"da

Arda Gülər ​​"Real Madrid"ə keçib.

Sportline.az xəbər verir ki, Madrid klubu 18 yaşlı yarımmüdafiəçinin transferini açıqlayıb. Müqavilə 2029-cu ilə qədərdir.

Daha əvvəl "Real Madrid"in futbolçu üçün  "Fənərbağça"ya 20 milyon avro və bonuslar ödəyəcəyi bildirilirdi .