Arda Güler zədələndi

Bu ay "Fənərbağça"dan "Real"a keçən Arda Güler zədələnib.

Sportline.az xəbər verir ki, onun sağ ayaq əzələsində problem aşkarlanıb.

Yeni mövsümə hazırlıq məqsədi ilə "Real"la birlikdə ABŞ-da olan 18 yaşlı yarımmüdafiəçi komanda ilə son məşqlərə qatıla bilməyib.

Bildirilir ki, Ardanın müalicəsinə başlanılıb. Onun zədəsi ciddi deyil.