Arda Gülərdən şad xəbər

"Real Madrid"in yeni futbolçusu Arda Gülər ​​sağ dizindən müvəffəqiyyətlə artroskopik əməliyyat keçirib.

Sportline.az xəbər verir ki, futbolçu sağalmağa başlayıb.

18 yaşlı türk yarımmüdafiəçi iyulun 29-da Madrid klubunun məşqində zədələnib.

İyulun 6-da "Real Madrid" Gülərin 2029-cu ilə qədər müqavilə imzaladığını açıqlamışdı. O, əvvəllər “Fənərbağça”da çıxış edib.