Arda Turan çətin sınaq qarşısında
Arda Turanın çalışdırdığı 1-ci liqa təmsilçisi “Eyupspor” klubu bugün tarixinin ən önəmli qarşılaşmalarından birinə çıxacaq.
Sportline.az xəbər verir ki, “Eyupspor” bugün səfərdə keçirəcəyi “Adanaspor” matçından qalib ayrılacağı təqdirdə Super Liqaya vəsiqə qazanacaq.
Tarixində ilk dəfə Super Liqaya vəsiqə qazanmaq istəyən Eyupspor 27 oyundan sonra 64 xalla liderdir.Onları Super Liqadan sadəcə 3 xal ayırır.
Qeyd edək ki, “Adanaspor”-‘Eyupspor’ matçı bugün saat 18:00-da start götürəcək.