Argentinadan "Zenit"ə gedə bilər
"Estudiantes"in yarımmüdafiəçisi Benjamin Rollhaiser "Zenit"in futbolçusu ola bilər.
Sportline.az xəbər verir ki, futbolçu ilə "Nyukasl", "Börnli" və "Şeffild Yunayted" də maraqlansa da, "Zenit"dən az məbləğ təklif edirlər. Peterburqlular 23 yaşlı futbolçu üçün 14 milyon avro ödəməyə hazırdır.
Rollhaiser "Estudiantes"də 65 oyuna çıxıb , 13 qol vurub və 5 məhsuldar ötürmə verib. Onun müqaviləsi 2025-ci ilin yayında başa çatır. Cinah oyunçusu eyni zamanda "River Pleyt"də də çıxış edib.