Arnautoviç "İnter"də

"Bolonya"nın hücumçusu Marko Arnautoviç tezliklə "İnter"ə keçəcək.

Sportline.az xəbər verir ki, 34 yaşlı avstriyalı "İnter"ə keçidini başa vurmazdan əvvəl bu gün tibbi müayinədən keçəcək. Daha əvvəl bu transfer üçün "Bolonya"nın 10 milyon avro alacağı bildirilirdi.

Arnautoviç 2009/10 mövsümündə icarə əsasında "İnter"də çıxış edib. Sonra o, klubda 3 oyun keçirdi və milanlıların tərkibində trebl qazandı.

Hücumçu ötən mövsüm bütün turnirlərdə 23 oyuna çıxıb, 10 qol vurub və 1 məhsuldar ötürmə edib.