"Arsenal" aparıcı futbolçusu ilə vidalaşa bilər
"Arsenal"ın brazilyalı futbolçusu Qabriel Maqalayeş mövsümün sonunda klubdan ayrıla bilər.
Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubları Qabriellə yaxından maraqlanır.
27 yaşlı stoperin "Arsenal"la müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Maqalayeşin hazır ki dəyəri "Transfermarkt" portalına görə 75 milyon avro olaraq qiymətləndirilir.