"Arsenal" azarkeşlərinə bəd xəbər
"Arsenal"ın hücumçusu Qabriel Jezus dizindən aldığı zədə səbəbindən Premyer Liqa mövsümünün startını buraxacaq.
Sportline.az xəbər verir ki, "topçular"ın baş məşqçisi Mikel Arteta futbolçunun əməliyyat olunduğunu açıqlayıb.
26 yaşlı futbolçu İngiltərə Superkuboku uğrunda avqustun 6-da keçiriləcək “Mançester Siti” ilə oyunda meydana çıxmayacaq.
"Arsenal"ın Premyer Liqada ilk oyunu avqustun 12-də "Nottingem Forest"ə qarşı keçiriləcək.