"Arsenal" futbolçuları növbəti oyuna belə hazırlaşırlar
"Arsenal"ın futbolçusu Teo Uolkott sosial şəbəkə hesabında Danni Uelbeklə fotosunu paylaşıb.
SportLine.az xəbər verir ki, Premyer Liqanın növbəti turunda "Uotford"a qarşı keçiriləcək görüşdən öncə futbolçular krioterapiya qəbul ediblər. Bu proses -150 Selsi dərəcədə həyata keçirilir. Bir anlıq mənfi temperaturla şok edilən bədən bərpa prosesini daha tez keçir.
Qeyd edək ki, bu terapiyadan, əsasən, ingilis klubları istifadə edirlər.
