"Arsenal" futbolçusunu göndərir
"Arsenal" yarımmüdafiəçisi Çarli Patinonu "Suonsi"yə bir illik icarəyə verir.
Sportline.az xəbər verir ki, “topçular”ın yetirməsi ötən mövsümü icarə əsasında “Blekpul”da keçirib. 19 yaşlı ingilis liqada 37 oyunda 3 qol vurub və 4 məhsuldar ötürmə edib.
Patinonun "Arsenal"la müqaviləsi 2025-ci ilin yayına kimi qüvvədədir.