"Arsenal" hücum xəttini gücləndirmək qərarına gəlib

"Arsenal" hücum xəttini gücləndirmək üçün yeni futbolçu axtarışına başlayıb.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "topçular" mövsüm sonunda hücum xəttini gücləndirmək qərarına gəliblər.

İngiltər klubunun əsas namizədləri siyahısına "Brentord"dan İvan Toni, "Nyukasıl Yunayted"dən isə Aleksander İsak var.

Qeyd edək ki, "Arsenal" klubu "Porto"dan İvanilson, "Ayaks"dan Brayn Brobbi, "Feynord"dan Santiaqo Ximenez, Bundes Liqa klublarından isə Luis Openda, Viktor Bonifeys və "Napoli"dən Viktor Osimhenlə maraqlanır.