“Arsenal” ingiltərəli futbolçu ilə yeni müqavilə imzalayıb
"Arsenal" ingiltərəli futbolçu ilə müqavilə müddətini uzadıb.
Sportline.az idman jurnalisti Fabritsyo Romanonun paylaşımına istinadla xəbər verir ki, "topçular" Ben Vayt ilə 2028-ci ilədək yeni müqavilə imzalayıblar.
Klub rəsmiləri futbolçunun çıxışından razı qaldıqları üçün müqaviləni 2029-cu ilədək uzada biləcəklərini deyiblər.
Qeyd edək ki, Ben Vayt bu mövsüm "Arsenal" forması ilə çıxdığı 39 oyunda 2 qol, 4 asistlə yadda qalıb.