"Arsenal" "Porto"dan 25 milyon avro tələb edir

"Arsenal"ın futbolçusu Yakub Kivior bu yay komandasını dəyişəcək.

Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, "Porto" Kivioru heyətinə qatmaq üçün hərəkətə keçib.

London klubu polşalı stopper üçün 25 milyon avro tələb edir.

Qeyd edək ki, 25 yaşlı futbolçu Portuqaliya klubuna keçməyə isti yanaşır.