"Arsenal" "Sportinq"in futbolçusu üçün 80 milyon avro təklif edib

"Arsenal" "Sportinq"in futbolçusu üçün 80 milyon avro təklif edib.

Sportline.az xəbər verir ki, İngiltərə klubu 20 yaşlı mərkəz müdafiəçisi Osmani Dimonde üçün "Sportinq"ə 80 milyon avro təklif edib. 

Portuqaliya təmsilçisi isə futbolçu üçün 80 milyon avronun altında gələcək təkliflərlə maraqlanmadığını bildirib.

Qeyd edək ki, "Arsenal" rəsmiləri ilkin danışıqlara başlayıblar və Diamondeni mövsüm sonunda transfer etməkdə qərarlıdırlar.