“Arsenal” və “Liverpul” bu futbolçu üçün transfer yarışına girib

“Leipziq”in niderlandlı futbolçusu Xavi Simons karyerasını “Dumanlı Albion”da davam etdirə bilər.

Sportline.az “The Athletic” qəzetinə istinadən xəbər verir ki, “Arsenal” və “Liverpul” klubları Xavi Simonsu xidmətində maraqlıdır.

Xavi Simons müqavilə əsasında “Paris Sen-Jermen” klubuna məxsusdur.

Fransa klubunun rəhbərliyi 21 yaşlı futbolçunun transfer dəyərinin 90 milyon avro olduğunu açıqlayıb.

Qeyd edək ki, Xavi Simons “Leipziq”də icarə əsasında çıxış edir.