"Arsenal" yeni qapıçı axtarışındadır
"Arsenal" klubu yay transfer pəncərəsi dövründə yeni qapıçı transfer etmək niyyətindədir.
Sportline.az "İndependent" nəşrinə istinadən xəbər verir ki, London klubu "Espanyol"un ispaniyalı kiperi Joan Qarsiyanı heyətinə qatmaq üçün hərəkətə keçib.
24 yaşlı futbolçunun hazırkı dəyəri "Transfermarkt" portalına görə, 20 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Joan Qarsiya bu mövsüm çıxış etdiyi 34 matçda qapısında 44 top görüb.