"Arsenal"da son durum
"Arsenal"ın baş məşqçisi Mikel Arteta yeni futbolçuların kluba uyğunlaşmasından danışıb.
Sportline.az xəbər verir ki, Arteta yeni mövsüm haqqında nikbindir.
“Bu il komandada bir neçə yeni sima var və mən çox şadam ki, transfer pəncərəsinin əvvəlində bu oyunçularla müqavilə imzalaya bildik. Bunun sayəsində onlarla mövsümöncəsi hazırlıq keçə bildik. Yeni oyunçularımız deyirlər ki, özlərini uzun illərdir burada olduqları kimi hiss edirlər" - deyə Arteta bildirib.
"Arsenal" bu yay transfer pəncərəsində Kay Haverts, Deklan Rays və Urrien Timberi heyətinə qatıb.
Premyer Liqanın yeni mövsümü avqustun 11-də başlayır.