"Arsenal"da yeni müqavilə

Uilyam Saliba və "Arsenal" yeni müqavilə imzalayıb.

Sportline.az xəbər verir ki, müdafiəçi ilə 2027-ci ilə qədər müqavilə imzalanıb. O, ildə təxminən 10 milyon funt-sterlinq qazanacaq.

Müqavilənin uzadılması variantı nəzərdə tutulmayıb və orada kompensasiya bəndləri yoxdur.

Saliba 2022/23 mövsümündə Premyer Liqada 27 oyuna çıxıb və 2 qol vurub.