"Arsenal"dan "Bayer"ə
Qranit Caka karyerasını Almaniya Bundesliqasında davam etdirəcək.
Sportline.az xəbər verir ki, yarımmüdafiəçi Leverkuzen "Bayeri"nin formasını geyinəcək.
Bu haqda klubun rəsmi saytında məlumat yayılıb.
İsveçrəli futbolçu ilə 2028-ci ilədək müqavilə imzalanıb.
"Arsenal" bu transferdən 25 milyon avro qazanıb.
Qeyd edək ki, Caka son 8 mövsümdə "topçular"ın şərəfini qoruyub.