"Arsenal"dan "Nottingem Forest"ə
"Nottingem Forest" "Arsenal"dan qapıçı Mett Törner ilə müqavilə imzaladığını açıqlayıb.
Sportline.az xəbər verir ki, amerikalı qolkiperlə 2027-ci ilin yayına kimi müqavilə imzalanıb.
Daha əvvəl bildirilirdi ki, “topçular” futbolçunun transferinə görə 7 milyon funt-sterlinq alacaq, daha 3 milyonu isə bonuslar şəklində almaq olar.
29 yaşlı Törner 2022-ci ilin yayından "Arsenal"da çıxış edir. "Topçular" onu 6,36 milyon avroya alıblar. Ötən mövsüm o, 7 oyun keçirib, 4 qol buraxıb.