"Arsenal"dan "Real Sosyedad"a
“Arsenal”ın müdafiəçisi Kieran Tierni “Real Sosyedad”a icarəyə verilib.
Sportline.az xəbər verir ki, 25 yaşlı şotlandiyalı ilə icarə müqaviləsi 2023/24 mövsümünün sonuna qədər nəzərdə tutulub.
Tierni ötən mövsüm bütün turnirlərdə 36 oyuna çıxıb, bir qol vurub və iki məhsuldar ötürmə verib.