"Arsenal"dan "yox" cavabı
"Arsenal" hücumçu Folarin Baloqanu " Monako"ya satmaqdan imtina edib.
Sportline.az əbər verir ki, "Monako" 22 yaşlı amerikalı üçün 35 milyon avro təklif etsə də, londonlular bundan imtina ediblər. Daha əvvəl hücumçuya əsas namizədin "İnter" olduğu bildirilirdi.
Hücumçu 2022/23 mövsümünü icarə əsasında "Reyms"də keçirib. Liqa 1-də 37 oyuna çıxıb və 21 qol vurub.