"Arsenal"ın sabiq futbolçusu karyerasını başa vurub

"Arsenal"ın və Almaniya millisinin sabiq müdafiəçisi Şkodran Mustafi futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

Sportline.az xəbər verir ki, almaniyalı məşqçi kimi fəaliyyətə başlayacaq.

32 yaşlı oyunçunun son klubu "Levante" olub. 

Xəbərdə bildirilir ki, Mustafi iyulun 1-dən Almaniya U-17 komandasında köməkçi məşqçi vəzifəsini icra edəcək.

Qeyd edək ki, Mustafi "Arsenal"ın heyətində 2 dəfə İngiltərə kubokunun qalibi olub. Oyunçu həmçinin 2014-cü ildə Almaniya millisi ilə Dünya Kubokunu qazanıb.