Arşavin: "İstənilən futbolçu Hiddink kimi məşqçi arzusundadır"
Rusiya millisinin sabiq futbolçusu Andrey Arşavin rəhbərliyi altında çıxış etdiyi məşqçilər haqda fikirlərini bölüşüb.
Sportline.az xəbər verir ki, Arşavin Qus Hiddinki xüsusilə fərqləndirib.
“Venger yaxşı məşqçidir. Amma istənilən oyunçu Qus Hiddink kimi məşqçi arzusundadır. Onun komandasında olmaqdan zövq alırdım. Bəlkə də onunla belə yüksək nəticə əldə etməyimizdən aldığım təəssürat budur", - deyə Arşavin "RB Sport"a bildirib.
Arşavin futbolçu karyerası ərzində “Kuban”, “Kayrat”, Londonun “Arsenal” və “Zenit” kimi komandalarda çıxış edib və bu komandalarda üçqat Rusiya çempionu, UEFA Kubokunun və Superkubokunun qalibi olub. Rusiya millisində 75 oyun keçirib, 17 qol vurub.