Arşavin "Zenit"in idarə heyətində ola bilər
Andrey Arşavinin "Zenit"in idarə heyətinə daxil olma ehtimalı yüksəkdir.
Sportline.az xəbər verir ki, həmçinin, "Zenit"in baş direktorunun müavini gənclər sektoruna nəzarəti davam etdirəcək. Eyni zamanda, Arşavinin klubu tərk etmə riski də var.
İdarə heyətinə klubun baş direktoru Aleksandr Medvedev rəhbərlik edir. Heyət doqquz nəfərdən ibarət olacaq. Buraya məşqçi Sergey Semak da daxildir.