Artem Timofeev karyerasını Moskva klubunda davam etdirəcək
"Axmat" Qrozni ilə müqaviləsi başa çatan yarımmüdafiəçi Artem Timofeev "Lokomotiv" klubu ilə razılıq əldə edib.
Sportline.az Sport Ekspress-ə istinadla xəbər verir ki, 30 yaşlı futbolçu bu gün paytaxt klubunun tibbi müayinəsindən keçib.
Timofeev 2020-ci ilin avqustundan "Axmat"da çıxış edirdi.Oyunçu ötən mövsüm Qrozni klubu ilə çıxdığı 30 oyunda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Axmat"la müqaviləsi iyunun 30-da başa çatan rusiyalı futbolçu klub rəhbərliyinin yeni kontrakt təklifini rədd edib.