Arteta: "O, buna layiqdir"

"Arsenal"ın baş məşqçisi Mikel Arteta yarımmüdafiəçi Martin Odeqardla yeni müqavilə imzalamasını şərh edib.

Sportline.az xəbər verir ki, Arteta bu qərardan xoşbəxtdir.

“Bu, əla xəbərdir. Onun üçün çox şadam, o buna layiqdir. Uğur qazanmağın bir çox yolu var. Düşünürəm ki, o, sevildiyi və hörmət edildiyi yerdə öz yerini tapıb" - deyə Arteta bildirib.

24 yaşlı norveçli "topçular"la müqaviləsini 2028-ci ilin yayına kimi uzadıb. O, 2021-ci ilin yayında 35 milyon avroya "Real Madrid"dən London klubuna keçib.