Asiya ÇL-da bütün yarımfinalçılar məlumdur

Asiya Çempionlar Liqasında sonuncu yarımfinalçının da adına aydınlıq gəlib.

Sportline.az xəbər verir ki, “Yokohoma F.Marinors” 2-1 hesablı qazandığı matçın cavab oyununda “Şandonq Taişan”ı doğma meydanda qəbul edib.

Bu görüşdən də 1-0 hesablı qələbə ilə ayrılan Yaponiya təmsilçisi adını yarımfinala yazdırıb.Oyunda yeganə qolun müəllifi 75-ci dəqiqədə Anderson Lopez olub.

Qeyd edək ki, digər yarımfinalçılar “Əl Əin”, “Əl Hilal” və “Ulsan HD” komandalarıdır.