ASTF tanınmış şirkətlə müqavilə imzalayıb

Azərbaycan Stolüstü Tennis Federasiyası ilə Hindistanın "STAG GLOBAL" şirkəti arasında rəsmi əməkdaşlıq müqaviləsi imzalanıb.

Sportline.az xəbər verir ki, anlaşmaya əsasən sözügedən şirkət yaxın 4 il əzrində stolüstü tennis üzrə milli komandaları geyim dəstləri və avadanlıqla təmin edəcək.

Müqaviləyə Azərbaycan Stolüstü Tennis Federasiyasının baş katibi Könül Mikayilova ilə "STAG GLOBAL" şirkətinin rəhbəri Vivek Kohli imza atıb.

ASTF-nin vitse-prezidenti Elmar İslamın da iştirak etdiyi imza mərasimində tərəflər arasında səmərəli əməkdaşlıqla bağlı təkliflər irəli sürulüb, görüləcək işlərlə bağlı müzakirələr aparılıb.