“Aston Villa” “Beşiktaş”ın 2 futbolçusu ilə maraqlanır

Premier Liqa komandalarından “Aston Villa” “Beşiktaş”da çıxış edən 2 futbolçusu ilə maraqlanır.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, “Aston Villa’ Türkiyə klubunda çıxış edən Ernest Muçi və Semih Kılıçsoyu heyatinə qatmaq istəyir.

Muçi “Legiya” forması geyinərkən bu mövsüm Konferans Liqasında “Aston Villa”ya rəqib olmuş və iki oyunda 3 qola imza atmışdı.İngilis klubunun tanınmış idman direktoru Monçinin Semih Kılıçsoyu da yaxından izlədiyi iddia edilib.

Qeyd edək ki, qışda “Beşiktaş”a qatılan Ernest Muçi komanda ilə çıxdığı 6 oyunda 2 qol vurub.
Semih Kılıçsoy bu mövsüm çıxdığı 27 oyunda 10 qol, 1 asistlə yadda qalıb.