“Atalanta”nı “Qalatasaray”a dəyişə bilər

"Atalanta"nın rəhbərliyi ilə problem yaşayan Ademula Lukman karyerasını Türkiyə Süper Liqasında davam etdirə bilər.

Sportline.az xəbər verir ki, "Qalatasaray" 28 yaşlı hücumçunu yanvar ayında transfer etmək istəyir.

Bu haqda jurnalist Rudi Qaletti öz "X" hesabında paylaşım edib.

Qeyd edək ki, Lukmanın transfer qiyməti 40 milyon avrodur.

O, cari mövsüm meydana çıxdığı 11 matçda 1 qolla yadda qalıb.