"Atletiko" "Barselona"ya "yox" dedi
"Barselona" hücumçu Ansu Fatini "Atletiko Madrid"in hücumçusu Joao Feliksə dəyişmək istəyir.
Sportline.az xəbər verir ki, Madrid klubu futbolçunu vermək niyyətində deyil və buna görə də Barça oyunçusu ilə mübadilə etmək istəmir. Joaonun gedişi əlavə ödənişli mübadilə və ya oyunçunun birbaşa alınması yolu ilə olacaq.
Daha əvvəl 23 yaşlı portuqaliyalının Əl-Hilal ilə danışıqlar apardığı bildirilirdi.
Portal Transfermarkt oyunçunun dəyərini 50 milyon avro qiymətləndirir. João Feliksin "matrasçı" ilə hazırkı müqaviləsi 30 iyun 2027-ci ilə qədər qüvvədədir.