AVRO-2024: Azərbaycan Estoniya səfərində 3 xal qazandı

Futbol üzrə Azərbaycan millisi bu gün AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirib.

Sportline.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda səfərdə Estoniyanı 2 cavabsız qolla məğlub edib.

F qrupunun digər matçında Avstriya Belçikanı qəbul edəcək. Bu oyun saat 22:45-də başlayacaq.

AVRO-2024, seçmə mərhələ

VII tur

20:00. Estoniya - Azərbaycan 0:2
Qol:
Toral Bayramov, 9, Toral Bayramov, 45+4 penalti

Baş hakim: Robert Şröder.

Tallin. "A. Le Koq Arena".