Avro-2028 5 ölkədə

Bu gün İsveçrənin Nyon şəhərində UEFA İcraiyyə Komitəsinin iclası keçirilib.

Sportline.az xəbər verir ki, iclasda 2028-ci ildə Avropa çempionatının oyunlarına ev sahibliyi edəcək ölkələr seçilib.

Turnir İngiltərə, Şimali İrlandiya, İrlandiya, Şotlandiya və Uelsdə baş tutacaq. Bu qərar Türkiyə namizədliyini geri götürdükdən sonra verilib.

Qarşılaşmaların Belfast, Birmingem, Kardiff, Dublin, Qlazqo, Liverpul, London (iki arenada), Mançester və Nyukaslda keçiriləcəyi gözlənilir.