Avropa çempionatı Türkiyədə

İtaliya və Türkiyə 2032-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək ölkələr seçilib.

Sportline.az xəbər verir ki, bu ölkələrin birgə müraciəti yeganə olub. Qərar UEFA icraiyyə komitəsi tərəfindən təsdiqlənib.

Qeyd edək ki, Avro-2024 çempionatı Almaniyada keçiriləcək. Rusiya yığmasının seçmə mərhələdə iştirakına icazə verilməyib.