Avropa çempionatında daha iki medal
Xorvatiyanın Poreç şəhərində veteran cüdoçular arasında Avropa çempionatı davam edir. SportLine.az xəbər verir ki, yarışın ikinci günüdə Azərbaycan cüdoçuları üçün uğurlu alınıb.
60 kq çəki dərəcəsində mübarizə aparan Vüqar Hüseynov bütün rəqblərini üstəyələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
73 kq çəki dərəcəsindəki təmsilçimiz Müşfiq Cəfərov isə gümüş medala sahib çıxıb.
Qeyd edək ki, Avropa çempionatının ilk günündə Fərhad Rəcəbli (90 kq) qızıl medal qazanıb.