Avropa çempionatının final mərhələsinin son üç iştirakçısı bu gün bəlli olacaq

Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsinin son üç iştirakçısı bu gün bəlli olacaq.

Sportline.az xəbər verir ki, pley-offun finalında Gürcüstan - Yunanıstan, Ukrayna - İslandiya və Polşa - Uels oyunları baş tutacaq.

Qələbə qazanan yığmalar AVRO-2024-ün final mərhələsinə vəsiqə qazanacaqlar.

26 mart
AVRO-2024

Pley-off mərhələsi

Final oyunları
21:00. Gürcüstan - Yunanıstan
23:45. Ukrayna - İslandiya
23:45. Polşa - Uels

Gürcüstan - Yunanıstan cütünün qalibi F qrupunda Portuqaliya, Türkiyə, Çexiya yığmalarına rəqib olacaq. Ukrayna - İslandiya duelinin güclüsü E qrupunda Belçika, Rumıniya, Slovakiya ilə üz-üzə gələcək. Polşa - Uels matçında sevinən tərəf isə D qrupunda Fransa, Avstriya və Niderlandla qarşılaşacaq.

Qeyd edək ki, Avropa çempionatı 14 iyun - 14 iyul aralığında Almaniyanın 10 şəhərində təşkil olunacaq.