İtaliya nəhəngləri türkiyəli gənc futbolçu ilə maraqlanırlar
İtaliya nəhəngləri "Beşiktaş"ın 18 yaşlı futbolçusu ilə maraqlanırlar.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, söhbət Semih Kılıçsoydan gedir.
"Qara-qartallar"ın 18 yaşlı hücumçusu üçün "Napoli", "İnter", "Yuventus" və "Roma" klubu təklif göndərməyə hazırlaşır.
Qeyd edək ki, "Beşiktaş" klubu mövsüm sonunda futbolçu üçün gələn təklifləri dəyərələndirəcəyini deyib.